turklehceleri.org

xalq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

xalq

is.
1. Ölkənin, dövlətin sakinləri, əhalisi. Azərbaycan xalqı. – Əsl qəhrəmandır; Əsl şair ki; Ömrü də xalqının ömrüylə birdir. N.Xəzri.
2. Millət. Qəm-kədər ordusunun bayrağını parçaladım; Xalqımın ömrünə öz ömrümü candan caladım. S.Rüstəm. Alnındakı qırışlar adicə qırış deyil; Öz xalqının keçdiyi iztirab yollarıdır! B.Vahabzadə.
3. Eyni yerdə yaşayan adamlar, camaat. Dağ xalqı. Aran xalqı. Köçəri xalq. – İndi Əşrəf .. ailə xalqı üçün daha qiymətli idi. A.Şaiq. [Turxan bəy Bəypolada:] Çingiz bəy Dağıstan xalqına qarşı başqa hörmət, başqa bir məhəbbət bəslər. H.Cavid. [Yazgül Şeydaya:] Gərək bu ilin məhsulu haqqında Göytəpə xalqının rəyini biləm! Ə.Məmmədxanlı. // Ümumiyyətlə, camaat, kütlə, el, adamlar. Vaqiflə Mirzə Əliməmməd xalqa təzim edə-edə yuxarı başa keçib, göstərilən yerdə əyləşdilər. Çəmənzəminli.
4. Ölkənin (istismarçı dövlətlərdə) əsas, əməkçi kütləsi. Zəhmətkeş xalq. Xalqın mənafeyi uğrunda mübarizə aparmaq.
5. Xalqa, ölkəyə aid olan, xalqa, ölkəyə mənsub olan. Xalq gəliri. Xalq sərvəti. [İmran kişi:] ..Xalq malına kəc baxanın gözlərindən qan damar. M.Hüseyn. // Xalqla bağlı olan, xalq tərəfindən yaradılmış, xalqın dünyagörüşü, ruhu ilə sıx bağlı olan. Xalq ədəbiyyatı. Xalq yaradıcılığı. Xalq sənəti. – [Usta] Azərbaycan xalq mahnılarını çox sevirdi. M.Hüseyn. Qəhrəman dəryazçı ilə görüşüb aralandı və xalq hakimiyyətinin müdrik mənasını təqdir etdi. S.Rəhimov. [Səlimin] yadına adicə bir xalq lətifəsi haradansa gəlib düşmüşdü. B.Bayramov. // Bəzi idarələrin və vəzifəli şəxs adlarının tərkibində işlənir. Xalq məhkəməsi. Xalq elçisi. Xalq komissarlığı. // Hökumət tərəfindən elm, incəsənət və s. sahəsində böyük xidmət və fəaliyyətə görə verilən fəxri adların tərkibində işlənir. Xalq artisti. Respublikanın xalq rəssamı.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

xalq

camaat, el
{cemaat, halk}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

xalq

halk, nüfus

Uzbek—English Dictionary (Dirks, 2005)

xalq

(Arabic) people, nation; crowd. xalq ~i national economy.


Last searches: