xali
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
xali
sif. [ər.]
1. Boş, adamsız, tənha. O qədər çıxmadın, gördü aqibət; Sən gəzən yerləri xali gözlərim. Q.Zakir. [Murad] sakit, indiki insanlardan tamamilə xali bir yer arayırdı. S.Hüseyn. Aslan xali küçədə çox gözləmədi. M.Hüseyn.
2. Sahibsiz, yiyəsiz, tutulmamış, boş. [Qoca:] Yazasan qonşumuzdakı xali yerdən bir az kəsib bizə versinlər. Ə.Haqverdiyev. [Hacıkərim] gündən-günə böyüməkdə və zənginləşməkdə olan şəhərin ən gurultulu küçələrində ucuz qiymətə evlər və xali yerlər aldı. A.Şaiq. O zaman ayrılanda nə təhər oldusa, Durmuş xali yer yiyəsi oldu. Mir Cəlal. • ...xali qalmaq – xəbərsiz olmaq, xəbəri olmamaq. Mədəniyyətdən xali qalıb. – ..Heyfa ki o Cavanşir elm və mərifətdən xali qalıbdır. F.Köçərli. Xali olmaq – boş olmaq, tutulmamaq. Xali olmamaq – uzaq olmamaq, canı qurtarmamaq. [Vəzir:] Hər vaxt ki mən bu xaraba olmuş otağa gəlləm, heç bir xətadan xali olmanam. M.F.Axundzadə. ‣ Meydan xali qaldı – meydan boş qaldı, hamı yox olub getdi. [Kərbəlayı Rəcəb:] Dedim Zinət xanım, Balaqardaş və Rzaqulu namünasib cavanlar idi, hər ikisi badi-fənaya getdilər, meydan qaldı xali. N.Vəzirov.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
xali
I. yaradan, tanrı
{yaradan, tanrı}
II. boş, deyersiz, mə’nasız, əhemiyyətsiz
{boş, değersiz, manasız, ehemmiyetsiz}
III. sakit, xəlvət
{sakin, halvet}
Uyghur—Turkish Dictionary (Kurban, 2016)
xali
f. Boş, serbest. U mu xatadin xali emes – O da hatasız değil. Ihtimaldin xali emes – İhtimali yok değil. Xali qilmaq – Boşaltmak. Xali sözleshmek – Özel konuşmak; başkalarının bulunmadığı yerde konuşmak.