turklehceleri.org

vəz

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

vəz

is. [ər.]
1. Vaizin məsciddə camaata söylədiyi dini məsələlərə aid nəsihətamiz və təbliği sözlər; moizə. Vəz tamam oldu və axund Molla Rəhim minbərdən aşağı endi. M.F.Axundzadə. Molla qabaqca bir uzun vəz başladı. Ə.Haqverdiyev. Namaz qurtardıqdan sonra, vaiz minbərə çıxıb vəzə başlayır. H.Sarabski.
2. məc. isteh. Nəsihət, öyüd, göstəriş mənasında. On altıncı nömrəmizdə Molla Pirqulunun .. etdiyi vəzindən bir neçə söz danışmışıq. C.Məmmədquluzadə. • Vəz etmək (eləmək, vermək) isteh. – nəsihət vermək, öyüd vermək; uzun danışmaq, mətləbi uzatmaq, uzunçuluq etmək. [Vəli:] Bəsdir, çox vəz vermə, görürsənmi, yuxarıda bir zad qaralır? M.F.Axundzadə. Bil ki, balıq qədər qanım soyuqdur; Min vəz eləsən də, mənası yoxdur. S.Vurğun. Vəz oxumaq – bax. vəz etmək (eləmək, vermək). Vəz oxumaq asandır, əməl etmək çətin. (Ata. sözü).

Pamukkale Azerbaijani to Turkish (ADT version)

vəz

vaaz


Last searches: