turklehceleri.org

vəkil

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

vəkil

is. [ər.]
1. Vəkalətə əsasən iş görən şəxs. [Səkinə xanım:] Mənim bu saatda nə atam var, nə anam, nə qardaşım; özüm öz vəkiliməm. M.F.Axundzadə. • Vəkil etmək – öz əvəzinə bir işi görmək üçün birinə vəkalət vermək, bu işi ona tapşırmaq. [Fərhad:] Ancaq mən heç kəsi vəkil eləməmişdim, məni evləndirsin. Ə.Haqverdiyev. Dostu Mirzə Qulamı vəkil eləmişdir ki, “Get, yer seç, ev tut, mənə xəbər ver”. Mir Cəlal.
2. Məhkəmədə tərəflərin əvəzində işi aparan şəxs, hüquqçu, advokat. [Səkinə xanım:] Yaxşı, indi de görüm, biz kimi vəkil tutaq? M.F.Axundzadə. [Qəhrəmani:] Sən ali təhsil almış bir vəkil olacaqsan. M.İbrahimov.
3. tar. Nazir. Baş vəkil.
4. tar. Deputat.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

vəkil

avukat, mebus, sözcü, vekil


Last searches: