vurğun
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
vurğun
sif.
1. Vurulmuş, aşiq olmuş, həddindən artıq sevən; məftun. Zəfər sözünün də vurğunuyam mən; Günəşdən ucadır onun bayrağı! S.Vurğun. [Aybəniz:] Elçin Reyhanın vurğunudur, .. mən onların məhəbbətinə mane olmaq istəmirəm. M.Hüseyn. Mən də sənin kimi gülə vurğunam. M.Rahim.
2. dan. bax. vurğu1 2-ci mənada. Bu böyük itik, bu kədərli faciə.. Atabalaya bir vurğun kimi təsir etdi. A.Şaiq.