uşaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
uşaq
is.
1. Azyaşlı oğlan, ya qız; çocuq. Uşaqlar üçün kitab. Uşaqların tərbiyəsi. – Şerə başlarkən uşaqdım, dostlar! S.Rüstəm. Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl ot üstündə ayaqyalın gəzirlər. Mir Cəlal. // Cavan, gənc (oğlan, ya qız). İnad uşaq. Cəsarətli uşaq. Yaxşı uşaqdır. Tərbiyəli uşaqdır.
2. Oğlan, ya qız (körpə, bala). Südəmər uşaq. Doğulan uşaq oğlandır. Əkiz uşaqlar. – ..Sürəyya uşaq doğarkən vəfat etdi. S.S.Axundov. • Uşağı olmaq – övladı olmaq, uşaq doğmaq (oğlan, ya qız). Uşağı olmamaq – sonsuz, övladı olmayan adam haqqında. Aşıq Cünun bilirdi ki, Koroğlunun uşağı olmur. “Koroğlu”. Əsmərin uşağı olmurdu. S.Hüseyn.
3. məc. Müqayisə, bənzətmə məqamında. Uşaq kimi hərəkət etmək. Havaxta qədər belə uşaq olacaqsan? – [Sultan bəy:] Uşaq ki deyilsən, hər bir şeyi bilirsən, anlayırsan. Ü.Hacıbəyov. [Hümmət:] Ay Qara Yusif, ay eloğlu, sən də belə? Əyə, sən də uşaq kimi danışdın? B.Bayramov. ‣ Uşaq bağçası – məktəbəqədər yaşlı uşaqlar üçün tərbiyə müəssisəsi. Uşaq evi – ata-anaları olmayan uşaqlar üçün internatı olan təlim və tərbiyə müəssisəsi. [Seryoja:] Deyirlər ki, 1941-ci ilin dekabrında məni uşaq evinə vermişlər. Z.Xəlil. Uşaq kimi baxmaq (bəsləmək) – əzizləmək, çox sevmək, göz bəbəyi kimi qorumaq, başına-ayağına keçmək. [Qulu:] Xədicə xanım, görünür, Yusif bəyi çox istəyir. Onu lap uşaq kimi bəsləyir. N.Nərimanov. Uşaq şəhərciyi – uşaqlar üçün sağlamlaşdırma və tərbiyə müəssisəsi (bağlarda, parklarda və s.-də). Uşaqların anası evf. – arvad, zövcə. Gördüm uşaqların anası öz-özünə mırtdanır. C.Məmmədquluzadə. Qurban Molla Fərzəliyə bir az da yaxınlaşdı. Gizli bir söz söyləyirmiş kimi fısıldayaraq: – Molla, əvvəlcə məndən uşaqların anasına salam yaz, – dedi. Uşaqların atası evf. – ər, kişi.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
uşaq
I. övlad, bala
{evlat, çocuk}
II. balaca, körpə
{çocukça, bebek}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
uşaq
çocuk, yavru