turklehceleri.org

utanmaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

utanmaq

f.
1. Bir işdən, hərəkət və sözdən, ya da başqa bir səbəbdən xəcalət çəkmək, mənəvi üzüntü duymaq. Bolqar öz dilini bilmədiyindən xəcalət çəkəndə bizlər də öz dilimizdə danışmaqdan utanırıq. C.Məmmədquluzadə. Qərənfil utanıb başını aşağı saldı. S.Rəhman.
2. Utandığından, xəcalətindən bir şeyə cəsarət etməmək. Ondan xahiş etməyə utanıram. – Nə üçünsə kişilərin palatasına girib, onu soruşmağa və hətta Səidə xanıma bu barədə sual verməyə də utanırdım. M.Hüseyn. Gəlməyə utanan (f.sif.) qız indi cəsarətlə qapını döydü. S.Vəliyev. // Çəkinmək (bu mənada bəzən “utanıb-çəkinmək” şəklində işlənir). Nə var qızım, nə oldu sana? Utanma, dərdini aç, söylə mana. S.Vurğun. Ümid yazdığı məktubun cavabını soruşmaqdan utanıbçəkinirdi. B.Bayramov.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

utanmaq

qızarmaq, həyalanmaq, arlanmaq, sıxılmaq, pərtləşmək, xəcalətlenmək, tutulmaq, çaşmaq, karıxmaq
{kızarmak, utanç, arlanmak, sıkılmak, perişan olmak, sıkılmak, tutulmak, şaşırmak, kendini kaybetmek}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

utanmaq

utanmak


Last searches: