turklehceleri.org

ulamaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

ulamaq

f.
1. Ulama səsi çıxarmaq. İt ulayır. Bayquş ulayır. – Dərələrdə ulardı çaqqallar; Zənn edərdin ki, bir çocuq ağlar. A.Səhhət. // Ulama səsinə bənzər səs çıxarmaq; vıyıldamaq, uvuldamaq. Ancaq quduz xəzri dəqiqə-dəqiqə ara verib, damlar başında ulayırdı. S.M.Qənizadə. Kəsməyib xəzri hələ, ac canavartək ulayır. S.Rüstəm.
2. dan. Səslə ağlamaq, zarıldamaq. Nə ulayırsan, bəsdir! Bu uşaq nə üçün səhərdən belə ulayır?

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

ulamaq

I. hürmək
{ulumak}

II. vıyıldamaq, güyüldəmək
{vırıldamak, hırlamak}

III. ağlamaq
{ağlamak}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

ulamaq

ulumak


Last searches: