turklehceleri.org

təsvir

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

təsvir

is. [ər.]
1. Şeyin surətini, şəklini çəkmə; şəkil, rəsm. Mənzərə təsviri.
2. Bir adam və ya şey haqqında yazılı, ya şifahi surətdə nəql etmə, danışma. Şərifzadə vəziyyəti [Mehribana] lazımınca təsvir etmiş, əlavə olaraq demişdi.. S.Hüseyn. ..Tehran qəzetləri dediyimiz fikri sübut edən qəribə bir əhvalatın təsvirilə dolu idi. M.İbrahimov.
3. Elmi məqsədlə bir şeyin xüsusiyyətlərini, əlamətlərini və s.-ni müntəzəm şəkildə şərh və ifadə etmə. Ləhcələrin xüsusiyyətlərini təsvir etmək. // Bir şeyin sanki rəsmini çəkər kimi onu gözəl surətdə tərif etmə. Üfüqdə günün batması elə gözəl görünürdü ki, təsvir etmək mümkün deyildir. M.Rzaquluzadə.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

təsvir

I. izah, şərh, göstərmə
{izah, şerh, gösterme}

II. surət, rəsm
{suret, resim}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

təsvir

betim, tasvir


Last searches: