turklehceleri.org

təravətli

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

təravətli

sif. və zərf
1. Təravəti olan; tər, təzə. Təravətli gül. – ..Hər tərəfdə otlar göyərmiş, ağacları təravətli yarpaqlar örtmüşdür. M.İbrahimov.
2. Təmiz, saf, sərin. Bayırda gözəl, ilıq dağ yerlərinə məxsus yüngül təravətli bir iyun sabahı açılırdı. M.Rzaquluzadə. Öz canından əziz tutur; Təravətli yaylaqları. H.Hüseynzadə.
3. Sağlam, sağlam görünüşlü, gümrah, gözəl, cazibəli. Təravətli gənc. – [Şəmsiyyə] incə, ətirlənmiş və təravətli bir xanımdır. M.İbrahimov.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

təravətli

I. təzə, yeni, tər
{taze, yeni, terütaze}

II. təmiz, saf
{temiz, saf}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

təravətli

parıltılı, taze


Last searches: