təravət
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
təravət
is. [ər.] Təzəlik, lətafət, gözəllik. Çiçəklərin artdı təravətləri; Fərəh verir qəlbə lətafətləri. A.Səhhət. Bahar bütün təravəti və gözəlliyi ilə [Ümidin] gözləri qarşısında dayandı. B.Bayramov.
2. Təmizlik, saflıq. Saf, səmimi, heç vaxt öz təravətini itirməyən, solmayan eşq nə gözəldir! Ə.Sadıq.
3. Sərinlik, təmizlik (hava haqqında). Bundan əlavə, ağaclardan .. təravət yayılırdı. H.Seyidbəyli.
4. Sağlamlıq, sağlam görünüş (əsasən gənc yaşlarda). Gənclik təravəti. – Əsmərin gəncliyi, təravəti Məmmədbağıra oğlan uşağı qədər lazım idi. S.Hüseyn. Ana oğlunun təravət və gəncliyini bütün vücudu ilə duyurdu. İ.Əfəndiyev. ‣ Təravət vermək – 1) gözəlləşdirmək, lətafət vermək. Yaz yağışı təbiətə təravət verir. – Yayın günəşi, qışın şaxtası qızın yanaqlarına xoş bir qırmızılıq və təravət vermişdi. M.Rzaquluzadə; 2) rövnəq vermək, rövnəqləndirmək. [Xanım] rəngsiz dodaqlarını dili ilə isladıb, əsgimiş üzünə təravət vermək istədi. Çəmənzəminli. Təravətdən düşmək – 1) təzəliyini, gözəlliyini, tərliyini, lətafətini itirmək; solmaq, solğunlaşmaq. Çöllərdəki yaşıl əkinlər lazımınca boy atmadan təravətdən düşürdü. S.Hüseyn; 2) qocalmaq və ya xəstələnmək nəticəsində sağlamlığını, gümrahlığını, sağlam görünüşünü itirmək. Dilbərim yorulub səyahətindən; Düşübdür o keçən təravətindən. S.Vurğun.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
təravət
I. temizlik, saflıq
{temizlik, saflık}
II. təzelik, yenilik
{tazelik, yenilik}
III. lətafət, gözəllik
{letafet, güzellik}