turklehceleri.org

tənə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

tənə

[ər.]
1. is. Danlaq, məzəmmət. [Çopo:] Ceynizin gülüşündə mənim keçmiş ənənəpərəstliyimə qarşı bir tənə duydum. Çəmənzəminli. Xanpərinin ucundan [Mədədin] üzü çoxlu danlaq yeyib, qulağı hədsiz tənələr eşidibdir. Ə.Vəliyev. • Tənə etmək – danlamaq, məzəmmət etmək. Axır elə oldum rüsvayi-aləm; Düşmən tənə eylər, dost qınar məni. Q.Zakir. // Birisinin gizli işini, nöqsanını, eybini və s. xoşagəlməz cəhətlərini üzünə vurma, demə, tən. • Tənə etmək (vurmaq) – birisinin gizli işini, nöqsanını, eybini və s. xoşagəlməz cəhətlərini üzünə vurmaq, demək.
2. sif. Tənəli. Ov gəlsə ötürmərəm; Tənə söz götürmərəm; Yüz il ömrümdən keçsə; Səndən əl götürmərəm. (Bayatı). Çəkilib pünhana, deyir, dərdə döz; Cəhənnəm odundan pisdi tənə söz. Aşıq Ələsgər.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

tə’nə

danlaq, məzəmmət, qınama
{suçlama, ayıplama, kınama}


Last searches: