turklehceleri.org

tənqidi

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

tənqidi

sif. [ər.]
1. Tənqidə həsr edilmiş, tənqid mahiyyətində olan, tənqid edən (bax. tənqid 3-cü mənada). Tənqidi əsər. – ...Canbalayevin ilk tənqidi məqalələri otuzuncu illərdə çıxmışdı. İ.Hüseynov. // Zərf mənasında. Əsəri tənqidi gözdən keçirmək. Bir şeyə tənqidi yanaşmaq.
2. Tənqid edən, nöqsanları və onların düzəlməsini göstərən. İclasda tənqidi çıxış. Tənqidi mülahizə. ‣ Tənqidi realizm – incəsənət və ədəbiyyatda burjua-mülkədar quruluşunun həllolunmaz ziddiyyətlərini açıb göstərən bədii cərəyan. Müəllif “Anamın kitabı”nda da öz tənqidi realizminə sadiq olaraq tipləri, hadisələri, komediyanın süjetini həyatdan, real varlıqdan alır. M.İbrahimov.


Last searches: