turklehceleri.org

tənqid

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

tənqid

is. [ər.]
1. Yaxşı cəhətlərini üzə çıxarmaq, nöqsanlarını göstərmək və düzəltmək məqsədilə müzakirə, təhlil. Tənqid və özünütənqidi inkişaf etdirmək. – [Hikmət Kamal:] Biz görürük ki, yoldaş Əmrulla bolşevik tənqidindən qorxur və metodoloji cəhətcə yabançı olan bir əsəri keçirmək istəyir. C.Cabbarlı. // dan. Bir şey haqqında mənfi fikir, rəy. Hər şeyi tənqid etmək.
2. Bir şeyin düzlüyünün, səhihliyinin elmi cəhətdən yoxlanması, tədqiq olunması. Tarixi mənbələrin tənqidi.
3. Ədəbi-bədii, elmi və s. əsərlərin təhlili ilə məşğul olan xüsusi ədəbi janr. Ədəbi tənqid. Teatr tənqidi. // Tənqidi məqalə (yazı). Əsər haqqında qəzetdə böyük tənqid çıxıb. Tənqidin müəllifi kimdir? ‣ Heç bir tənqidə layiq deyil – cüzi tələblərə cavab verməyən şey haqqında.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

tənqid

eleştiri, eleştirme, tenkit


Last searches: