turklehceleri.org

təng

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

təng

sif. [fars.] Dar, sıx. ..Məlum edirəm ki, yazdığınız namələr öz vaxtında gəlib yetişibdi. Cavab yazmamağıma bais vaxtın təng olmağıdı. “Mol. Nəsr.” [Cəfər kişi:] Srağagün vaqon doldururduq, yük çox idi, taylar ağır, vaxt təng. M.İbrahimov. ‣ Təngə gəlmək – bezmək, bezikmək, usanmaq, cana gəlmək, bıqmaq, bezar olmaq. [İmran:] ..Məni çox incidir ki, təngə gəlib gedəm. S.S.Axundov. [Bədəl:] Camaat xanların zülmlərindən təngə gəlib. Ə.Haqverdiyev. Təngə gətirmək – bezikdirmək, usandırmaq, cana gətirmək, bıqdırmaq, zəhləsini aparmaq, bezar etmək. [Hacı Murad:] Daha məni təngə gətirmisən. S.S.Axundov. [Dilənçilər] bəzi adamları təngə gətirib bezikdirmək və zəhlələrini aparmaqla da pul alırdılar. Ə.Sadıq.


Last searches: