təlatüm
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
təlatüm
is. [ər.]
1. Tufan, bərk ləpələnmə, dalğalanma, coşma. Dənizdə .. elə bir təlatüm var idi ki, heç deməyə gəlməz. Ə.Sadıq. • Təlatümə gəlmək – bərk dalğalanmaq, ləpələnmək, coşmaq. Bir azdan sonra, bərk yel əsib tufan qopdu, dərya təlatümə gəldi. (Nağıl). Təlatümə gətirmək – bərk dalğalatmaq, ləpələndirmək, coşdurmaq. Gilavar dənizi təlatümə gətirdi. M.Hüseyn. // Obrazlı təşbehlərdə. Sənin varlığından bir an içində; Milyon təlatümlər, tufanlar keçir. N.Xəzri. Hisslər, döyüntülər təlatümündə; Üzür Cəmilənin fikri, xəyalı. B.Vahabzadə.
2. məc. Çaxnaşma, vəlvələ, həyəcan, keşməkeş. • Təlatümə gəlmək – həyəcanlanmaq, coşmaq. Təlatümə gətirmək – həyəcana gətirmək, hərəkətə gətirmək, çaxnaşdırmaq, təlaşa salma. Bu dastan.. Yavərin sinəsində arxayın yatan duyğuları təlatümə gətirdi. M.İbrahimov.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
təlatüm
şaşkınlık