təklik
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
təklik
is.
1. Onluqda birinci, ən kiçik say; həmin sayı ifadə edən 1 (bir) rəqəmi. // Çoxrəqəmli ədədlərin axırıncı rəqəmi. Yüzlük, onluq və təklik.
2. Yalqızlıq, tək olma; tək qalmış adamın halı. Bəli! İndi mən təkəm və bu təkliyimlə də fəxr edirəm. Ə.Haqverdiyev. Birdən Mayaya elə gəldi ki, qəriblik, təklik hiss etdiyi bu qəribə yerlərdə Qaraşdan başqa bir ümidi yoxdur. M.İbrahimov. // Əri olmayan arvadın və ya arvadı olmayan kişinin halı; dulluq, ərsizlik və ya arvadsızlıq. [Sultan bəy:] Olmur, təklik mənə əl vermir. Ü.Hacıbəyov. [Gülsənəm] əri öləndən bəri təkliyin ağrısını getdikcə daha çox duyurdu. M.Hüseyn.
3. Bir manat dəyərində olan pul; birmanatlıq, manatlıq. ..Kərbəlayı Cəfər çıxdı eşiyə və bir qədər yubanıb gəldi, oturdu və cibindən bir beşlik və iki təklik çıxarıb qoydu Xudayar bəyin qabağına. C.Məmmədquluzadə.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
təklik
I. birlik
{birlik}
II. yalqızlıq, kimsəsizlik, tənhalıq
{yalnızlık, kimsesizlik, tenhalık}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
təklik
bekârlık, kimsesizlik, teklik, yalnızlık