turklehceleri.org

təfriqə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

təfriqə

is. [ər.]
1. Narazılıq nəticəsində araya ikitirəlik düşmə; ayrılma, ayrılıq, ittifaqsızlıq, ikitirəlik. [Mirzə Heydər:] Belə təfriqədən burjua hökumətləri isə istifadə edirlər. Ə.Haqverdiyev. O hələ uşaq ikən; Düşünmüş için-için; “Bu yollar, təfriqələr; Təriqətlər nə üçün?” B.Vahabzadə. • Təfriqə düşmək – ikitirəlik düşmək, ədavət düşmək, düşmənçilik düşmək. Təfriqə salmaq – ikitirəlik salmaq, düşmənçilik salmaq. Saldı arayə təfriqə gülçini-ruzgar; Ol gül yanında qalmadı bir etibarımız. S.Ə.Şirvani.
2. köhn. Qəzet səhifəsinin ayrılmış bir yerində hissə-hissə dərc olunan hekayə, məqalə və s.
3. köhn. bax. vodevil. “Məstəli şah”dan sonra “Könülsüz” ünvanında bir pərdədə tərtib olunmuş təfriqə (vodevil) oynandı. F.Köçərli.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

təfriqə

I. ayrılma, ikitirəlik, nifaq
{ayrılma, zıtlaşma, nifak}

II. dağıntılıq, perakəndəlik
{dağınıklık, perakendelik}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

təfriqə

tefrika


Last searches: