turklehceleri.org

tıxac

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

tıxac

is.
1. Şüşə və s. bu kimi boğazlı qabların ağzını və ya müxtəlif cihazların deşiklərini qapamaq üçün dairəvi mantar və ya başqa şey; probka. [Musa kişi:] parçadan tikilmiş və nazik iplə kuzənin qulpuna bağlanmış tıxacı açdı. M.İbrahimov. Tıxac sıçrayıb qapıya dəydi, konyak yerə çiləndi. İ.Hüseynov.
2. məc. Normal hərəkətə, axına mane olan şeylərin toplusu; probka. Maşınlardan küçədə tıxac əmələ gəlmişdi.
3. Neft quyularında borunun içinə yığılan və nasosun normal işləməsinə mane olan parafin və s. qatı. Borunu dəyişmək lazımdır, – deyə qoca usta, nəhayət qamətini düzəltdi: – Yoxsa yenə tıxac bağlayacaq. Y.Əzimzadə. Çıxmalıdır quyudan; Tıxac tutmuş borular. Ə.Əlibəyli.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

tıxac

mantar, qapaq
{mantar, kapak}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

tıxac

tıkaç


Last searches: