turklehceleri.org

tüpürmək

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

tüpürmək

f.
1. Ağız suyunu, bəlğəmi, tüpürcəyi və s.-ni ağzından rədd etmək, atmaq. Xanlar .. ovcuna tüpürüb, lopatkanı torpağa batırdı. M.Hüseyn. Musa kişi demisindən dərin bir qullab alaraq kənara tüpürdü. İ.Əfəndiyev.
2. Tüpürüm (tüpürəsən) şəklində – bir şeyə, ya şəxsə qarşı tam etinasızlığı, laqeydliyi, saymazlığı ifadə etmək üçün işlədilir. ‣ Tüpürdüyünü yalamaq – əvvəl dediyi sözdən, verdiyi vəddən, razı olduğu bir şeydən, əvvəlki qərarından imtina etmək; sözünün üstündə durmamaq, sözündən qaçmaq. [Telli Rüstəmə:] Sən özün öz abrını aparmısan, mən niyə? Bir sədr ki tüpürdüyünü yalaya, onda abırmı qalar? M.İbrahimov. Dabanına tüpürmək – bax. daban.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

tüpürmək

tükürmek


Last searches: