tutqun
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
tutqun
sif.
1. Batqın, batmış, batıq (səs haqqında). Mərsiyəxan .. bir neçə nərə çəkib, tutqun səsi ilə çığırdı. Çəmənzəminli. Tutqun kal səsilə telefon yenə; – Dur gəl, sözüm vardır! – deyir Hüseynə. M.Rahim.
2. məc. Qəmli, kədərli, məyus, pərişan, qəmgin, qaşqabaqlı. Tutqun üz. Tutqun görünüş. – Tutqun, məhzun sima ilə sakit, şirin yatmışdır; Döşündəki az yaradan qan fəvvarə atmışdır. A.Səhhət. Cəlal dəyişmişdir, Cəlal tutqundur; Xəyalı dağınıq, fikri uçqundur. S.Vurğun.
3. Açıq olmayan, buludlu. Tutqun hava. Göyün üzü tutqundur. // məc. Kədərləndirici, cansıxıcı, darıxdırıcı. ..Getdikcə hava sərtləşir, tutqun payız ruzgarı sərt bir qışa çevrilməyə başlayırdı. S.Rəhimov. Hava tutqun olan kimi Əziz də bikef idi. Ə.Vəliyev.
4. məc. Üstüörtülü, aydın olmayan, dumanlı, anlaşılmaz. Tutqun iş. – [Bəhlul:] Düşünməli, bir çox tutqun mətləbləri aydınlaşdırmalı oldum. B.Bayramov.
5. Zəif, ölgün, donuq. Yağışın arasında küçələrdə yanan elektrik işıqları tutqun bir ziya nəşr edirdi. S.Hüseyn. Çırağın tutqun işığında [Qaragünənin] iri, ətli üzündəki çopurlar daha dərin görünürdü. M.Rzaquluzadə.
6. məc. Gərgin, qızğın. İşin ən tutqun vaxtı, yorğun və əzgin bir halda hisli-paslı paltarın içində Nadir yatmaq üçün evə gəldi. B.Talıblı.
7. Açıq olmayan, tünd (rəng haqqında). [Boz Ukrayna qaramalı] əsasən boz, gümüşü, yaxud tutqun polad rəngindədir, belində uzunu ağımtıl zolaq vardır. “Qaramal”.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
tutqun
I. buludlu, dumanlı, qaranlıq
{bulutlu, dumanlı, karanlık}
II. mə’yus, qəmkin, kədərli
{karamsar, gamlı, kederli}
III. donuq, sönük, ölgün
{donuk, sönük, ölgün}
IV. qaraqabaq
{somurtkan}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
tutqun
donuk, somurtkan
Uzbek—English Dictionary (Dirks, 2005)
tutqun
prisoner, captive.
Uyghur—Turkish Dictionary (Kurban, 2016)
tutqun
Tutsak, esir.