turklehceleri.org

toxumaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

toxumaq

f.
1. Uzununa (əriş) və eninə (arğac) sapları bir-birinin arasından keçirməklə parça, xalça və s. hazırlamaq. Mahud toxumaq. Çit toxumaq. – Mürgüləyir nənəm taxıb çeşməyi; Düşür yerə toxuduğu əlcəyi. A.Səhhət. [Sarıköynək] çox vaxt həyətdə oturub həsir toxuyardı. S.Hüseyn. // Eyni üsulla parça üzərində naxış, şəkil hörmək. Təkəlduz toxumaq. Buta toxumaq.
2. Hörmək. Ağabəyim bütün günü .. rəngin xəzəldən çələng toxuyur, dayəsinə min bir sual verirdi. Çəmənzəminli. Çələng toxumağa, gül var, çiçək var. N.Xəzri.
3. “Özünü” sözü ilə – bax. vurmaq 20-ci mənada. Fatma qırğı kimi özünü təndirə toxuyur, kəhrəba kimi sarı çörəkləri əlində çıxarıb, buğlana-buğlana süfrənin üstünə atırdı. Mir Cəlal.
4. məc. dan. Uydurmaq, özündən quraşdırmaq. Yalan toxumaq.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

toxumaq

hörmək
{örmek}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

toxumaq

dokumak


Last searches: