turklehceleri.org

toppuz

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

toppuz

is.
1. Başı girdə çomaq, dəyənək. Teymurun başına yenə də elə bil ağır bir toppuz endirdilər. H.Seyidbəyli. // Başı bu şəkildə olan. ..Evin aşağı tərəfində divara söykənmiş başı toppuz çomağını götürüb getdi. Ə.Abasov.
2. Ucu toxmaqlı zopadan ibarət qədim silah. Dəmirçioğlu getdi, qılınc, qalxan, cida, gürz, toppuz götürdü, Koroğlunun yanına qayıtdı. “Koroğlu”. [Uluq bəy:] Döyüşün üz-üzə bir ləzzəti var; Süzməsə göydə qılınc, toppuzlar. A.Şaiq.


Last searches: