toplanış
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
toplanış
is.
1. Müəyyən bir iş görmək üçün bir yerə toplaşma, yığılma; toplantı. Nümayişə toplanış səhər saat 8-də olacaq. – Bu dirəyin ətrafı fəhlələrin toplanış yeridir. S.Rəhman.
2. Hər hansı bir təşkilat, kollektiv üzvlərinin yığıncağı. Hər axşam [klubda] toplanış olurdu. S.Hüseyn. [Reyhan:] Sabah bunu toplanışda; Gərək əzbər söyləyək biz. M.Dilbazi. // Belə yığıncağın iştirakçıları, üzvləri. Toplanışın qərarı.
3. Hərbi mükəlləfiyyətli şəxslərin qısamüddətli təlim üçün hərbi idarənin sərəncamında olması. Zabitlərin toplanışı. Düşərgə toplanışı. // Təlim, məşq, təlimat məqsədilə qısa müddətə bir yerdə olma. Təbliğatçıların toplanışı.
4. Dərmə, yığma, toplama. ..Bir azdan məhsul toplanışı başlanacaq, iş qızışacaqdır. S.Rəhimov. Kəndlərdə məhsul toplanışı qızğın surətdə gedirdi. Ə.Vəliyev.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
toplanış
I. yığıncaq, iclas, məclis
{kabine, kurul, meclis}
II. yığım
{yığın}
III. rüsum, vergi
{rüsum, vergi}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
toplanış
yığılma