topa
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
topa
sif. və is.
1. Qalaq, yığın. Torpaq topası. – Dəyədən bir az aralıda, topa şeylərin arasında Rüxsarə bükülüb uzanmışdı. S.Rəhimov. [Hatəm] ..xırman topasının qabağında oturmuşdu. Ə.Əbülhəsən.
2. Bir yerə toplaşmış, bir yerə yığılmış adamlar; dəstə, yığın. Başqa bir topa uşaq da Xəzər sahilindən .. söhbət açıb keçirdiyi günlərdən qızğın danışırdı. S.Rəhimov. ..Sahibkarlar və dükançılar dayanan topadan kimsə bərkdən səsləndi. Ə.Əbülhəsən. // Eyni mənada heyvanlar haqqında. Tapdıq papağını çıxarıb, kəpənək topasının üstünə atdı. Ə.Vəliyev.
3. Sıx, qalın (seyrək ziddi). Qalın topa birçəkləri öz qanilə boyanmış; Bağlarının kənarı da qan laxtası dayanmış. A.Səhhət. Vəli kişi topa saqqalını sığallayıb, qəti və bir az da acıqlı etiraz etdi. M.İbrahimov. topa-topa sif. və zərf
1. Qalaq-qalaq, yığın-yığın. Aşağılarda kəndin üstündə .. topa-topa buludlar hərəkət edirdi. M.İbrahimov.
2. Dəstələr halında, dəstə-dəstə, yığınyığın. Ətrafda bütün damlar üstündə adamlar topa-topa dayanıb, qərbə tərəf boylanırdılar. Ə.Məmmədxanlı. Meydançada dəstə-dəstə; Kiçikyaşlı vətəndaşlar; Oynayırlar, qaçışırlar; Topa-topa, qatar-qatar. N.Rəfibəyli.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
topa
I. yığın, qalaq, parça, koma
{yığın, top, parça, küme}
II. yumaq
{yumak}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
topa
küme
Uyghur—Turkish Dictionary (Kurban, 2016)
topa
Toprak, toz. Qara topa – Kara toprak. Sériq topa – San toprak. Topa basmaq – Tozlanmak, toz basmak. Topa chiqarmaq – Toz çıkarmak.