turklehceleri.org

tikə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

tikə

is.
1. Böyük bir şeydən sınmış, qopmuş, ayrılmış və ya kəsilmiş kiçik hissə, parça, qırıq. [Rövşən] salam-əleykəssalamdan sonra daşın bir balaca tikəsini ustaya verib dedi.. “Koroğlu”. // Yeyilən şeyin bir hissəsi. Pendir tikəsi. – [Musa kişi:] Arvad, sən allah, yadından çıxmasın, bu ətdən bir tikə də o Həsənəlinin yetimlərinə göndər, yazıqdırlar.. M.İbrahimov. // məc. Yaşamaq üçün vəsait; yeyəcək, yeyiləcək şeylər. Tikəsini dostu ilə bölmək. – Düşmənin tikəsindən dostun şilləsi yaxşıdır. (Ata. sözü). İnsan gərək dayanıbdurmasın, yatıb vaxtını, gününü öldürməsin, çıxan tüstü, hazır tikə axtarmasın. S.Rəhimov.
2. “Bir” sözü ilə – bir tikə – 1) bir az, bir zərrə, bir qırıq, zərrə qədər, qətiyyən, əsla. Bacardıqca vermə yer beynində artıq yükə; Mənə bax, ay qız, mənə, dərd çəkmirəm bir tikə. S.Rüstəm. Havada bir tikə də bulud, duman və tüstü yox idi. M.İbrahimov; 2) balaca, kiçik, bambalaca. Bir tikə uşaq. ‣ Tikə boğazından getmək – həyəcandan, yorğunluqdan, hirsdən və s. hisslərdən dolayı heç nə yeyə bilməmək. Haram tikə – bax. haram. Ürəyi bir tikə olmaq – bax. ürək. Yağlı tikə – bax. yağlı 3-cü mənada.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

tikə

parça, hissə, dilim, fal, cəngə, tutam
{parça, hisse, dilim, bölüm, pay, tutam}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

tikə

para


Last searches: