tikmək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
tikmək
I. f.
1. Daşdan, kərpicdən, taxtadan və s.-dən bina, divar və s. ucaltmaq, qurmaq. Ev tikmək. Məktəb tikmək. Divar tikmək. – [Atası Rövşənə:] İndi sən gərək böyük bir tövlə tikəsən. “Koroğlu”.
2. Düzəltmək, qurmaq, hazırlamaq (yuva). Tikəndə quş yuva, çör-çöp; Yığıban, zir-zibil istər. Q.Zakir. Tikan üstə qonan quşlar; Qonmaz bura, tikməz yuva! Z.Xəlil.
3. Təyin etmək, qoymaq. Sonra camaat Qaraqaşı tikdi padşah. (Nağıl). [Xan:] Mən [İsanı] Dızaq sığnağına yüzbaşı tikdim, daha demədim ki, başıma bəla olsun.. Çəmənzəminli.
II. f.
1. Tikmə işi görmək, tikişlə məşğul olmaq. Tikiş maşınında tikmək. İynə ilə tikmək.
2. Parçanın, dərinin və s.-nin kənarlarını iynə-sapla bir-birinə calayaraq paltar, ayaqqabı və s. hazırlamaq. Kostyum tikmək. Ayaqqabı tikmək. – Yusif Sərrac ... oturub, əlində bir cilovu tikib tamam edirdi.. M.F.Axundzadə. Mən körpəykən özü biçib, özü tikmiş paltarımı; Gülüşündə görmüşəm öz çiçəklənən baharımı. S.Rüstəm.
3. Parça və s. üzərində rəngbərəng saplarla həndəsi və ya nəbati naxışlar, şəkillər toxumaq. Təkəlduz tikmək.
4. Cərrahiyyə əməliyyatında: toxumaları iynə-sapla birləşdirmək, bitişdirmək. Şərəfoğlunun qarnını yarmış, bağırsağını kəsib tikmişdilər. M.İbrahimov. ‣ Gözünü tikmək – bax. gözünü dikmək (“göz”də).
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
tikmək
yaratmaq, qurmaq, düzəltmək
{yaratmak, yapmak, inşa etmek}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
tikmək
dikmek, inşa etmek, yapmak