turklehceleri.org

texniki

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

texniki

sif.
1. Texnikaya aid olan, texnikadan istifadə ilə əlaqədar olan. Texniki tərəqqi. Texniki gerilik. Texniki bilik. – Texniki elmlər fakültəsinin binasından çıxarkən bir dəstə tələbə qabağımızı kəsib, bizimlə söhbət etmək istədiyini bildirdi. M.İbrahimov.
2. Maşın və mexanizmlərin işinə aid olan, bir şey istehsal etmək prosesi ilə bağlı olan. Avtomobillərə texniki baxış. // Hər hansı bir istehsalatın texnikasına xidmətlə bağlı olan. Texniki xidmət. Texniki şura.
3. Sənayedə istifadə və emal edilmək üçün olan. Texniki bitkilər (qənd çuğunduru, pambıq, günəbaxan və s.). Texniki yağlar. Meyvənin texniki sortları.
4. Bir işdə müxtəlif köməkçi işləri görən. Səhnənin texniki işçiləri. – Bu zaman texniki katib yenə qapını açıb içəri baxdı. Q.İlkin.
5. Texnika və ya elmin hər hansı sahəsinə aid xüsusi anlayışı ifadə edən (professional söz, ifadə haqqında). Texniki terminlər. Texniki ifadə. ‣ Texniki redaktor – kitab, jurnal, qəzet və s.-nin poliqrafik tərtibatını verən və ona rəhbərlik edən adam.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

texniki

fenni


Last searches: