tar-mar
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
tar-mar
sif.
1. Bir-birinə qarışmış, dolaşıq, nizamsız, qarışıq; pərişan. [Süleyman Əsgərə:] Nədir sənin dərdin, bu nə ah-zardır; Nədir sənin fikrin belə tar-mardır. Ü.Hacıbəyov. Məzar... Şaxta kəsir, o tənha xəyal; Yönəlir yoluna fikri tar-mar. M.Rahim.
2. Xaraba, dağınıq, dağılmış, viran qalmış. Tar-mar ev. ‣ Tar-mar etmək – 1) bir-birinə qarışdırmaq, dolaşdırmaq, nizamsız hala salmaq; 2) xaraba qoymaq, dağıtmaq, viranə qoymaq. [Hacı Murad:] Məhərrəm bəy mənim atamın yurdunu tar-mar edər.. S.S.Axundov; 3) məhv etmək, yox etmək, dağıtmaq, darmadağın etmək. Düşmənin səflərini eləyəndə tar-mar; Bilirlər ki, arxada neft dəryası Bakı var. R.Rza. Tar-mar olmaq – 1) bir-birinə qarışmaq, nizamsız hala düşmək, dolaşmaq; 2) xaraba qalmaq, dağılmaq, alt-üst olmaq. [Məmməd:] Padşah yıxıldı, gorbagor oldu; Uçdu sarayları, tar-mar oldu. Z.Xəlil; 3) dağılmaq, məhv olmaq, darmadağın olmaq. Hitler Almaniyası tar-mar oldu. Ə.Sadıq.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
tarmar
dağılma, qarma-qarışıqlıq
{dağılma, karmakarışıklık}
Uyghur—Turkish Dictionary (Kurban, 2016)
tar-mar
Tar-mar qilmaq – Tarumar etmek.