turklehceleri.org

sərgi

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

sərgi

is.
1. Camaata göstərilmək üçün müəyyən qaydada qoyulmuş, ya asılmış şeylər və onların nümayiş etdirildiyi yer. Rəsm sərgisi. Sənaye sərgisi. Xalça sərgisi. – O günün sabahı, iclasdan əvvəl qurultay binasında təşkil edilmiş kənd təsərrüfat sərgisini gəzərkən Eldar [Ceyrana] yaxınlaşır. S.Hüseyn. [Lətifə:] Rəssam Mehmanzadənin fərdi sərgisi idi. M.Hüseyn. [Cavanşir bəy Bəhruza:] Opera teatrının foyesində sizin sərginizi düzəltmək olar. Ə.Məmmədxanlı.
2. Qurumaq üçün sərilmiş meyvə və s. // Bunların sərildiyi yer. Baba bağın bir guşəsində mövcalan qayırardı ki, külək şiddətli əsəndə sərgini külək aparmasın. H.Sarabski.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

sərgi

fuar, sergi


Last searches: