turklehceleri.org

səpələnmək

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

səpələnmək

f.
1. Dağılmaq, ora-bura tökülmək, qeyri-müntəzəm halda tökülmək. Kitablar yerə səpələnib. – Son dəftəri yoxlayıb qurtaran müəllim cib saatını çıxarıb baxdı, stol üstünə səpələnmiş (f.sif.) dəftərləri toplayıb sahmana saldı. S.Rəhimov. Lalənin ləçəkləri yerə səpələndi. M.Hüseyn. [Zakirin] saçları dağılıb üzünə səpələnmişdi. H.Seyidbəyli. // Tökülüşmək. Sərnişinlər qatardan yerə səpələndilər. – Rüstəm kişi dəstə-dəstə yollar boyu səpələnib irəliləyən kolxozçu qadın və kişiləri gördü. M.İbrahimov. Gələn atlılar sağa-sola səpələndilər. M.Hüseyn.
2. Çilənmək. Qırov səpələndi çölə, yamaca; Göylərdə buz kimi dondu ulduzlar. S.Vurğun. Göydən xırda yağış səpələnirdi. Ə.Vəliyev.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

səpələnmək

serpelenmek, serpilmek


Last searches: