səpələmək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
səpələmək
f.
1. Bir şeyi müxtəlif tərəfə necə gəldi atmaq, dağıtmaq, töküşdürmək, yaymaq. Bunlardan əlavə, [Əbiş] şkafın gözlərini eşələyir, kağızlardan çıxarır, stolun üstünə səpələyirdi. S.Rəhimov.
2. Səpmək, tökmək. Buğda səpələmək. Darı səpələmək. – ..Afaq çoxdan bu yerləri tərk etmiş quşları da geri qaytarmaq istəyərək, bağçadakı təpəciyə gətirib bir çanaq arpa səpələdi. Ə.Məmmədxanlı.
3. Sovurmaq, sıçratmaq. Külək qarı səpələr, – Bəxtiyar! Ağ geyinər təpələr, – Bəxtiyar! R.Rza // Narın-narın yağmaq, çiləmək. Arabir narın yağış da səpələyir, soyuq adamın iliklərinə işləyirdi. M.Rzaquluzadə.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
səpələmək
I. dağıtmaq, töküşdürmək
{dağıtmak, dağıtmak}
II. çiləmək, sıçratmaq, yaymaq, tökmək, ələmək
{serpme, sıçratmak, yaymak, dökmek, elemek}