səmərə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
səmərə
is. [ər.]
1. Fayda, mənfəət, xeyir. Əməyin səmərəsi. – [Odabaşı:] Neçə gün ciddi axtarış getdisə də, bir səmərə hasil olmadı. Ə.Haqverdiyev. [Kərimxan Azadidə] öz zəhmətinin səmərəsini görən bir yaradıcı sevinci vardı. M.İbrahimov.
2. Hər hansı işdən doğan yaxşı və ya pis nəticə. [Qurbanəli:] İndi, budur, səmərəsini öz gözünüz ilə görürsünüz. H.Nəzərli. Əgər indi toxumlar yer üzərində qalsa, onlar tuluqlayıb donacaq, heç bir səmərəsi olmayacaq və fayda verməyəcəkdi. S.Rəhimov.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
səmərə
fayda, mənfəət, xeyir, qazanc, bəhrə, məhsul
{fayda, menfaat, hayır, kazanç, kâr, verim}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
səmərə
avantaj