turklehceleri.org

səksəkə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

səksəkə

(=səksəki) is. Həyəcan, iztirab, təşviş, təlaş, narahatlıq. [Şəhrəbanu xanım:] Xanpəri, mən də onun cadusunun gücünü eşitmişəm. Amma genə bir az səksəkiyəm, etdiyi işlərdən heç bilirsənmi? M.F.Axundzadə. Sayad bacının ana ürəyi həmişə səksəkədə idi. M.Hüseyn. Ürəklərdə səksəkə; Baxışlarda intizar, İnsanlar axın-axın; Salona toplaşırlar. R.Rza. ‣ Səksəkə içərisində olmaq, ürəyi səksəkədə olmaq – narahatlıq keçirmək, həyəcan içərisində olmaq, iztirab keçirmək. Mindilli səksəkə içərisində, o yan-bu yana baxabaxa içəri keçir. S.Rəhman.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

səksəkə

həyəcan, təlaş, təşviş, qorxu, təhlükə, vəlvələ
{heyecan, telaş, vesvese, korku, tehlike, velvele}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

səksəkə

coşku, heyecan


Last searches: