səhlənkarlıq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
səhlənkarlıq
is. İşə, tapşırığa, vəzifəyə soyuq baxma, laqeyd baxma; diqqətsizlik, başısoyuqluq. – Guya Zeynal vəzifəsinə çox soyuq baxır, dəfələrlə özünə xatırladılmasına baxmayaraq səhlənkarlıqdan qalmırmış. S.Hüseyn. [Baxış oğlu Həsən] ..bədəninin sağlamlığına çox səhlənkarlıqla (z.) baxardı. B.Talıblı. • Səhlənkarlıq etmək – tapşırılan işə yüngül münasibət bəsləmək, başısoyuqluq göstərmək. [Prokuror:] Əlbəttə, vəzifədə səhlənkarlıq edənlər də məsuliyyət daşıyırlar. İ.Şıxlı.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
səhlənkarlıq
başısoyuqluq, diqqətsizlik
{umursamazlık, dikkatsizlik}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
səhlənkarlıq
ihmal