səfər
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
səfər
I. is. [ər.]
1. Səyahət, yola çıxma, yol. Səfərdə olmaq. Səfərə getmək. Səfər üçün hazırlıq görmək. – Qəribin anası gördü ki, oğlu səfər libasındadır, xəbər aldı: – Oğul haraya gedirsən? “Aşıq Qərib”. ..Üç gün idi ki, Gülpəri səfərə yığışırdı. S.S.Axundov. [Tahirzadənin] İraq, İran və Türküstan səfərlərində addımbaşı rast gəldiyi cansıxan lövhələr bir-bir gəlib nəzərində dayandı. Mir Cəlal. • Səfər etmək – bax. səfərə çıxmaq. Gördüm ki, gəlir təngə nigarım, səfər etdim. S.Ə.Şirvani. [Rəhim xan Cavad xana:] Hazırlaş, bu gün axşam Tehrana səfər etməlisən. C.Cabbarlı. Səfərə çıxmaq (getmək) – uzun müddət olduğu yerdən ayrılmaq, yolda olmaq. [Həmzə] belə bir səfərə çıxmaq üçün cahan müharibəsinin kəsilməsini, dünyanın düzəlməsini səbirsizliklə gözləyirdi. Ə.Əbülhəsən.
2. Müharibəyə, döyüşə getmə.
II. is. [ər.] Dəfə, kərə, yol. [Nazir:] Ağa, başına dönüm, bu səfər məni bağışla, dəxi bundan sonra heç vaxt belə iş olmaz. M.F.Axundzadə. [Əsgər:] Xanım, sizə yaraşan şeyim çoxdur, ancaq evdədir, inşallah, gələn səfər gətirərəm. Ü.Hacıbəyov. Budur ki, [Əhməd] nişanlısı ilə görüşüb və toy tədarükü görmək söhbətini gələn səfərə buraxaraq bollu qaçaq mal almağı qət etdi. B.Talıblı.
III. is. [ər.] Hicri qəməri ərəb təqviminin ikinci ayı.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
səfər
I. səyahət, yürüş, yol
{seyahat, gidiş, yol}
II. dəfə, kərə
{defa, kere}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
səfər
sefer