turklehceleri.org

sədd

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

sədd

is. [ər.]
1. Müxtəlif məqsədlər üçün çəkilən divar, hasar. Bütün sədd boyu dalbadal atılan tüfənglərin arası kəsilmir. M.Rzaquluzadə. Minlərlə insan yorulmadan sədlər qururdu. M.Süleymanov.
2. Suyun qarşısını almaq üçün betondan divar; dəhnə, bənd. Çay .. at kimi baş alıb gedir, bəndləri və sədləri uçururdu. Ə.Vəliyev. Borulardan sürətlə çıxan su bu beton səddə toxunaraq parçalanacaq və öz sürətini itirəcəkdi. Ə.Sadıq. Yaradırıq əməklə; Mingəçevir səddini. M.Seyidzadə. • Sədd çəkmək – suyun qarşısını almaq üçün betondan, sementdən və s.-dən bənd tikmək. Hər gölməçənin dörd yanına torpaqdan sədd çəkmişdilər. M.Hüseyn. Ənvər camaatı yığıb sədd çəkirdi. Ə.Vəliyev.
3. məc. Maneə. Bir neçə dəqiqə içərisində Məşədi bəylə müəllim arasında sədd uçub töküldü. M.Hüseyn. Abdulla ilə öz arasında böyük sədd saydığı Leyla [Şəkərin] fikrincə aradan çıxırdı. B.Bayramov. ‣ Səddi-Çin, Çin səddi – xarici təsirdən tamamilə təcrid olunma mənasında (Çini Monqolustandan ayıran qədim bir səddin adından). Səddi-İskəndər (Makedoniyalı İskəndərin adından) – çox möhkəm divar mənasında. Atasının keçmişdə Kərbəlaya ziyarətə getməyi bu gün Mirzə Süleyman bəyin bütün amal, əfkarının qarşısında Səddiİskəndər kimi durub, onun gözəl məqsədinə nail olmağına mane olurdu. B.Talıblı.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

sədd

I. hüdud, barı, hasar
{sınır, duvar, hisar}

II. maneə, engəl, çətinlik, ilişik
{mani, engel, zorluk, duvar}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

sədd

baraj


Last searches: