turklehceleri.org

sığallamaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

sığallamaq

f. Əllərini, barmaqlarını bir şeyin üzərində xəfifcə gəzdirərək onu hamar şəklə salmaq, düzəltmək; tumarlamaq. Saqqalını sığallamaq. Saçlarını sığallamaq. Telini sığallamaq. // Masaj eləmək, ovmaq. Əlacı üzülmüş Nərgiz gah oğlunu dilə tutur, gah qarıya kömək eləyib uşağın qarnını sığallayır. Ə.Vəliyev. // Nəvaziş, mehribanlıq, riqqət, oxşama əlaməti olaraq əlini xəfifcə birinin başına və ya üstünə sürtmək, çəkmək. Kosa isə öz işində olmaqla toyuqlardan tutub başını sığallayır və buraxırdı. S.Rəhimov. Kabla Novruzqulu [uşaqları] öpüb, sığallayıb, hərəsinin ovcuna bir ağ pul bayramlıq basardı. H.Sarabski. // Məc. mənada. Ləpələr sığallayır nəhəng gövdəsini “Avrora”nın; Yuxulu bir ananın əli kimi. R.Rza.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

sığallamaq

tumarlamaq, ovuşdurmaq, oxşamaq, ütüləmək, hamarlamaq
{tımarlamak, ovuşturmak, okşamak, düzleştirmek, düzeltmek}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

sığallamaq

okşamak, sıvazlamak


Last searches: