sızıltı
Turkish—Tatar Dictionary (Ganiyev, 1998)
sızıltı
и. шикаять, канәгатьсезлек
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
sızıltı
is.
1. Xəfif və incə ağrı; göynərti, sızı, sızıldama. Dişin sızıltısı. Barmaqlarımın sızıltısından yata bilməmişəm. – Yazıq muzdur bir tərəfdən qolunun sızıltısı, bir tərəfdən də ürəyinin ağrısı ilə özünü evə yetirdi. S.M.Qənizadə. [Qazan xan] başında, bədəninin bəndlərində bir ağırlıq və sızıltı duydu. M.Rzaquluzadə.
2. məc. Taleyindən, həyatından, halından şikayətlənmə; inildəmə, ağlayıb-sıtqama. // Yanıqlı, iniltili səs, çalğı. Alıpaşa ağa bu sözləri dedikcə səsində acı bir məğlubiyyət və küdurətli bir sızıltı eşidilirdi. Çəmənzəminli. Muxtar radionu söndürdü. İndi sızıltı ona da xoş gəlmədi. B.Bayramov. // Məc. mənada. Peçdə yanan yaş odunun sızıltısı eşidildi. M.Hüseyn.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
sızıltı
I. inilti, ah-vay, şikayət, ağrı, ağlama
{inilti, ah ü zar, şikâyet, ağrı, ağlama}
II. qəm, qüssə, dərd
{gam, hüzün, dert}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
sızıltı
ağrı, sızı