turklehceleri.org

sırtıq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

sırtıq

sif. Utanmaz, həyasız, arsız, üzlü; özünü hər yerə soxan, heç şeydən utanmayan. [İsfəndiyar:] Mənim sırtıq adamdan xoşum gəlmir. Ə.Vəliyev. [Teymur:] Axı nəyi bilirsiniz? Mən sırtıq adam olsaydım, bütün günü ac qalmazdım. M.Hüseyn. // İs. mənasında. [Gülməli:] Mənim bir adamın sırtığından zəhləm gedir, bir də mozalan tutmuş danadan. Ə.Abasov.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

sırtıq

həyasız, arsız, ədəbsiz, utanmaz, qarayaxa
{hayâsız, arsız, edepsiz, utanmaz, yüzsüz}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

sırtıq

arlanmaz, arsız


Last searches: