süst
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
süst
sif. [fars.]
1. Hərəkət etməyə iqtidarı olmayan, halsız, taqətsiz. Süst düşüb (z.) qalmaq. – [Aslan bəy doktora:] Bədənim elə süstdür ki, bu əl, bu ayaq, bu baş, bu gövdə sanki mənim deyildir. A.Şaiq. [Rizvan] vaqonun pilləkənindən süst halda üzü aşağı düşdü. S.Rəhimov. Hamısı süst və şüursuz düşüb ağırlaşmışdı. Mir Cəlal.
2. məc. Hissiz, duyğusuz, key. Bu sözlərin hamısını rədd edən Cəfərə Nelli süst bir sima ilə baxdı. Çəmənzəminli. [Dərviş:] Ruqiyyənin belə süst halı binəva qarını qorxudurdu. A.Divanbəyoğlu. • Süst olmaq – keyləşmək, kütləşmək. ..Əşyasına baxanda ləzzət alan gəlin indi çox laqeyd və süst olmuşdu. M.Hüseyn.
3. məc. Cansıxıcı, maraqsız. Yığıncaq çox süst keçdi. – [Koxa:] Qoy gəlsin, bizi əyləndirsin, yoxsa məclis çox süst keçir. S.Rəhimov. süst-süst zərf Süst halda, key-key. Süstsüst dolaşmaq.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
süst
ölüvay, ətalətli, solgun, əzgin, key
{ölgün, hareketsiz, solgun, ezgin, hissiz}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
süst
gevşek, uyuşuk