sübut
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
sübut
is. [ər.] Hər hansı bir şeyin həqiqiliyini, düzlüyünü göstərən fakt, mülahizə, müddəa, dəlil. [Almaz:] [Kəndin ağalarının] əlində sübut var. C.Cabbarlı. Müəllim hiss etdi ki, belə mühüm bir məsələni Telli kimi avam bir qadına qandırmaq üçün əsaslı dəlillər və sübutlar lazım gələcəkdir. S.Hüseyn. • Sübut etmək (qılmaq) – bir faktın olduğunu dəlillərlə birinə qəbul etdirmək, təsdiq etdirmək. Yaqo .. Kassio ilə Dezdemonanın mabeynində məhz ülfət və məhəbbət olduğunu qisim-qisim dəlillər ilə ərəbə sübut qılır. F.Köçərli. Ovçu .. məharətini sübut etmək üçün ətrafa göz gəzdirdi. H.Seyidbəyli. Sübuta yetirmək – sübut etmək. ..Mədəd bu saat həmdəm axtarırdı ki, Xanpəri haqqında ürəyini boşaltsın. Özünün haqlı olduğunu, Xanpərinin səhv etdiyini sübuta yetirsin. Ə.Vəliyev.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
sübut
dəlil, əsas
{delil, esas}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
sübut
delil, emare, gerekçe, kanıt