turklehceleri.org

soyuq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

soyuq

sif.
1. Hərarəti olmayan, temperaturu aşağı olan (hava və s. haqqında). Soyuq külək. Soyuq hava. Soyuq qış. – Usta ortadakı soyuq su hovuzunun yanından keçib keçə ilə döşənmiş səkinin üstündə oturdu. Çəmənzəminli. [Şofer:] Bir yandan islanıb soyuqdan əsirəm, bir yandan da qorxudan məni soyuq tər basıb. M.Rzaquluzadə. // İs. mənasında. Soyuq hava, şaxta. Bu soyuqda hara gedəcəksən? Soyuqda oturmaq. – [Kərbəlayı Qurban:] Tez ol, qapını aç, soyuq məni kəsdi! Çəmənzəminli. Qadın ayaqyalın idi və belə məlum olurdu ki, soyuğu hiss etmir. H.Seyidbəyli. // Cəm şəklində: soyuqlar – davamlı, sürəkli şaxtalar, soyuq hava. İlk soyuqlar. Soyuqlar düşdü. Soyuqlar hələ də davam edir. // Üşümə hissi, üşütmə. Canıma soyuq düşdü. • Soyuq aparmaq – don vurmaq, şaxtadan (soyuqdan) donmaq. Barmaqlarımı soyuq apardı. Soyuq dəymək (olmaq) – soyuqlamaq, soyuqdan azarlamaq. [Sultan bəy:] İndi üstüaçıq yatmışam, deyəsən, belimə soyuq dəyibdir. Ü.Hacıbəyov. Soyuq düşmək – soyumaq (hava haqqında). Axşam oldu, soyuq düşdü, dərələrdən duman qalxmağa başladı. S.S.Axundov. Dağlarda isə gözlənilmədən soyuq düşmüşdü. M.Hüseyn.
2. Qızdırılmamış, qızdırılmayan, yaxud istini saxlamayan. Soyuq otaq. Soyuq zal. – [Nəbi] qışda odsuz-ocaqsız, soyuq tövlədə buza dönmüş bədənini qızdırmaq üçün özünü günə verdi. Ə.Abasov. // Bədəni soyuqdan qoruya bilməyən, soyuq keçən, istiliyi olmayan; nazik. Soyuq paltar. Soyuq yorğan. // Soyumuş, lazımınca isti olmayan. Soyuq çay. Soyuq xörək. Soyuq samovar. // Soyudulmuş halda hazırlanan və yeyilən. Soyuq qəlyanaltı. Soyuq yeməklər. // Şimali. Soyuq ölkələr.
3. məc. Sərt, riqqətsiz, etinasız. Soyuq rəftar, münasibət. Soyuq cavab. Soyuq (z.) görüşmək. – Qız professora iti və soyuq (z.) bir nəzər salaraq heç bir cavab vermədi. İ.Əfəndiyev. Nərgiz Qorxmazı bir az soyuq (z.) qarşıladı. Ə.Vəliyev. // məc. Coşğunluğu, ehtirası, hərarəti olmayan; ehtirassız, üzügülməz. Soyuq qəlb. Soyuq adam. Soyuq baxış.
4. məc. Darıxdırıcı, usandırıcı, ürəksıxan, cansıxıcı, maraqsız, süst. Məclis çox soyuq (z.) keçdi. Məclisi soyuq (z.) görən Məryəm qayıdıb getdi. B.Talıblı. ‣ Soyuq müharibə – imperialist dairələrin beynəlxalq münasibətlərdə gərginlik yaradan və yeni müharibə alışdırmağa doğru yönəldilən düşməncəsinə təcavüzkar siyasəti.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

soyuq

I. sızaq, şaxta, sərin
{buz gibi, aşırı soğuk, serin}

II. laqeyd, biganə, səhlənkar
{lâkayt, ilgisiz, ihmalkâr}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

soyuq

itici, soğuk


Last searches: