turklehceleri.org

soymaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

soymaq

f.
1. Hər hansı bir şeyin üst qabığını, dərisini çıxartmaq, yapışdığı yerdən qoparmaq, aralayıb götürmək. Alma soymaq. – İt yetib, arvadın əllərinin dərisini tamam dişləri ilə soyub tökdü. Çəmənzəminli. Arvad soyduğu kartofu bir yana qoyub təəccüblə Qəribova yaxınlaşdı. S.Rəhman. // Kəsilmiş heyvanın dərisini çıxartmaq. Qoyun soymaq. – Aşpazlar erkəkləri soyub dərilərini çevirməkdə idilər. Ə.Vəliyev.
2. məc. Bütün var-yoxunu əlindən almaq; çapmaq, talamaq. [Murov Hacı Qaraya:] Bəs sən Əylis ermənilərini soyub, ipəklərini aparanların yoldaşı deyilsən? M.F.Axundzadə. ‣ Dərisini soymaq – bax. dəri. [Mirzə Hüseyn Nərimana:] Hacı Bayram kimi qan içənə, camaatın dərisini soyana nökərçilik edincə öz işinə qulluq edərsən. Ə.Haqverdiyev. Soyub soğana döndərmək – bax. soğan kimi (qabığını) soymaq. [Böyük oğul:] Həkimlərdə o təqsir var ki, əlinə azarlı keçəndə soyub soğana döndərirlər. Qantəmir.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

soymaq

I. çıxartmaq, soyundurmaq
{çıkartmak, soyunmak}

II. çapmaq, talamaq
{çarpmak, dalamak}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

soymaq

soymak, yüzmek

Uyghur—Turkish Dictionary (Kurban, 2016)

soymaq

I Kesmek, soymak. Mal soymaq – Hayvan kesmek. Qoyning térisini soyup almaq – Koyunu kesip derisini çıkarmak. Yaghachning qowuzighini soymaq – Ağacın kabuğunu çıkarmak.
II Kalbursu tabaka.


Last searches: