turklehceleri.org

sovurmaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

sovurmaq

f.
1. Havaya atmaq, sovurucu maşın vasitəsilə dəni samandan, zibildən təmizləmək. Bir azdan Dəmirov şana ilə taxılı sovurmağa başladı. S.Rəhimov. ..Döyülən taxılı sovururdular. Ə.Əbülhəsən.
2. Havaya qaldırmaq, səpələmək, dağıtmaq. Hərdən külək qalxır, yerdən qarı qapıya sovurur; Gəlib-gedən insanların üz-gözünü qovurur. A.Səhhət. Biz şəhərə girdiyimiz zaman şiddətli xəzri əsir, küçələrin tozunu havaya sovurur, göydən başımıza torpaq yağırdı. A.Şaiq.
3. məc. Hədər yerə, boş-boşuna xərcləmək, puç etmək; israfçılıq etmək.
4. məc. Yağdırmaq, demək. [Qorxmaz Dönməzə:] Bir gün böyük bir izdihamın səni söyərək, lənətlər sovuraraq, səni daşladığını gördüm. C.Cabbarlı. [Rauf:] Evi [vaxtında] boşaltmadığı üçün biçarəni alçaqcasına təhqir etmiş, ağzına gələni sovurmuş. H.Cavid. ‣ Yelə sovurmaq – heç eləmək, puça çıxartmaq. [Atabala:] ..Çox müstəbidin ocağını söndürüb yelə sovurmuşdu. A.Şaiq. Külünü göyə (ərşə) sovurmaq – bax. sovurmaq. [Nizami:] Mən Əxi Fərruxun fikirləri üzərində böyük və qiymətli əsərlər yazmışdım, lakin onları sizin kürəkəniniz Atabəy Məhəmməd məhv etdirdi, onların külünü göyə sovurdu. M.S.Ordubadi.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

sovurmaq

I. yelləmək, eşələmək, səpələmək, yaymak
{savurmak, eşelemek, serpmek, yaymak}

II. dağıtmaq, töküşdürmek
{savurmak, dağıtmak}

III. xərcləmək, işlətmək
{harcamak, kullanmak}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

sovurmaq

savurmak


Last searches: