turklehceleri.org

soraq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

soraq

is. Axtarma, arama, soruşma, soruşub bilmə (öyrənmə, xəbər tutma); soruşmaqla öyrənilən şey, xəbər, məlumat. Xucuklu Mahmudbəy çoxdandı ki, Nəbinin sorağında idi. “Qaçaq Nəbi”. // Biri haqqında məlumat, xəbər. [Ümid nazirə:] Bəs sizin sorağınız “Nərimanov” kolxozundan gəlir. B.Bayramov. • Sorağında olmaq – həsrətində olmaq, axtarmaq, təmənnasında olmaq. Vaqif durnalardan təmənna eləyir ki, intizarını çəkdiyi və sorağında olduğu alagözlü həmdəmdən görsünlər ona bir xəbər və əsər gətirə bilərlərmi? F.Köçərli. Soraq almaq – bir xəbər bilmək, məlumatı olmaq. Sorağını aldım. – [Əlyar xan] harada nadir, gözəl, diqqətəlayiq bir şeyin sorağını alardısa, hər necə vasitə ilə olursa olsun, dərhal onu ələ keçirməyə çalışardı. Ə.Məmmədxanlı. Soraq etmək – axtarmaq, aramaq, ondan-bundan soruşub öyrənmək, bilmək, xəbər tutmaq, məlumat almaq. – İnəyi itən soraq edər. (Ata. sözü). Haraları gəzib aramalı, kimi soraq etməli idim. S.Hüseyn. [Şahin:] [Müəllimimiz] fikirləşib ki, saatın itdiyini tələbələrdən soraq eləsəm yaxşı düşməz. B.Bayramov. Soraq vermək – xəbər vermək, məlumat vermək. Gələcək günlərdən verərək soraq; Oldu bir-birinə ürəklər dayaq. S.Rüstəm. [Katibədən] heç kəs bir soraq verməyirdi. Ə.Əbülhəsən.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

soraq

xəbər, mə’lumat
{haber, malumat}

Uyghur—Turkish Dictionary (Kurban, 2016)

soraq

Sorgu 2. Soru. Soraqqa tartmaq – Sorguya çekmek. Soraq alamiti – Soru belgesi.


Last searches: