sonrakı
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
sonrakı
zərf
1. Sonra olan, sonra baş verən, bir şeyin ardınca gələn. Sonrakı hadisə. Sonrakı fikir. Sonrakı nəticələr. Sonrakı peşmançılıq fayda verməz.
2. Gələcək, qarşıdakı, növbədəki. Sonrakı işləri fikirləşmək. – Sonrakı illər Nadirlə Züleyxanı bir-birinə daha möhkəm bağladı. H.Seyidbəyli.