skamya
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
skamya
[rus.] Üstündə oturmaq üçün dayaqlar üzərində düzəldilmiş söykənəcəkli kürsü. Bir ağacın altında skamyanın üstünə; Qəzet salıb oturmuş bir gözəl sarışın qız. S.Rüstəm. ..Fəridə Zərifə ilə bulvarda, skamyada əyləşmişdi. S.Vəliyev. ‣ Məktəb (institut və s.) skamyasında – hələ məktəbdə (institutda və s.-də) oxuyarkən, oxuduğu zaman. Məktəb (institut və s.) skamyasından – məktəbi (institutu və s.-ni) qurtaran kimi. Müttəhimlər skamyası – məhkəmə salonunda müttəhimlərin oturması üçün ayrılmış yer. Müttəhimlər skamyasında oturmaq – məhkəməyə düşmək, məhkəmədə işinə baxılmaq.