siğə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
siğə
is. [ər.] Köhnə məişətdə: müvəqqəti nikah, evlənmə (çoxarvadlılığın bir növü). Qazı nikah siğəsini oxudu. M.S.Ordubadi. • Siğə etmək (eləmək) – köhnə məişətdə: mollaya kəbin kəsdirərək müvəqqəti evlənmək. [Qadın:] Ağa, qulluq deyil, şəriətipeyğəmbərdir. Məni özünə siğə etməni xahiş edirəm. Çəmənzəminli. Seyid Səmədə təklik əl verməyib, on altı-on yeddi yaşında bir qız siğə eləyib ocağın qırağında əyləşdi. Ə.Haqverdiyev. // Siğə qardaş, siğə bacı – köhnə məişətdə: əslində qardaş və ya bacı olmayıb müəyyən dini mərasimlə əhd-peyman bağlama nəticəsində qardaş, ya bacı olmuş oğlan, ya qız. Qərvənddə Zaman xan oğlu Qaraynan Aşıq Ələsgər siğə qardaşıydılar. “Aşıq Ələsgər”. Deyilməyə görə, Usta Ağabala Ələsgər Ağa ilə siğə qardaş imiş və ağa ustanın xatirini belə istəyirmiş ki, onu özü ilə cənnətə aparmağı da vəd etmiş imiş. Çəmənzəminli. • Siğə oxutdurmaq – siğələşmə ayini icra etmək. [Dursun:] Sabah şəhərə get, bir axunda bacı-qardaşlıq siğəsi oxutdur.. C.Cabbarlı.