sinə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
sinə
is. [fars.]
1. Döş, köks. [Müəllim] Tellinin nəfəs aldıqca qalxıb-enən sinəsinə baxırdı. S.Hüseyn. Qız başını sinəsinə endirdi. M.Hüseyn. // Bədənin, ciyərlərin və ürəyin yerləşdiyi həmin nahiyəsi; döş qəfəsi.
2. Yamac. Dağların sinəsindən axıb gələn bulaqlar və xırda çaylar isə birləşərək daha güclü və iri çaylara çevrilir. M.İbrahimov. Budur, dikbaşlı dağlar; Sinəsi daşlı dağlar; Yerli-dibli sökülür. M.Müşfiq.
3. məc. Ürək, qəlb mənasında. Sinəm yanır. Sinəsində məhəbbəti olmaq. – Aləm bilir, çoxdur sinəmdə dərdim; Doqquz ay qoynumda oğul bəslədim. “Aşıq Qərib”. Varımdı sinədə dərdü qəmi-nihan, ölürəm; Fəda olum sənə, gəl eylə imtahan, ölürəm. X.Natəvan.
4. Sinəsindən şəklində – özündən. Bundan sonra görüm kim cürət edib dilinə gətirə biləcək ki, belə iş yoxdur, bu əhvalatı dərviş öz sinəsindən icad edib. N.Vəzirov. ‣ Sinə gərmək – özünü qorxmadan qabağa verərək, mərdcəsinə qorumaq, müqavimət göstərmək; köks gərmək. O hər cövrə, cəfaya sinə gərdi, dayandı; Yanmadı tək həyatda, öləndə də o yandı! B.Vahabzadə. Sinə vermək – bax. sinə gərmək. Sinə vurmaq – məhərrəm ayında yas əlaməti olaraq əlləri ilə öz sinələrinə vurma mərasimi. [Uşaqlar] sıra ilə oturub, avaz ilə .. mərsiyə deyər, sinə vurardılar. H.Sarabski. [Fərəc:] Mən danışdıqca, ərz olsun, gərək siz də ağlayasınız və sinə vurasınız. Qantəmir. Sinəsinə dağ çəkmək – bax. ürəyinə dağ çəkmək (“ürək”də). [Əbdül:] [Saranın] ölümü mənim sinəmə dağ çəkdi. C.Cabbarlı. Rübabə bu rəftarı ilə Gəldiyevin sinəsinə sanki bir dağ çəkdi. Mir Cəlal. Mən tez endim atımdan, əyildim ona sarı; Sinəmə dağ çəkirdi həzin pıçıltıları. B.Vahabzadə. Sinəsinə sərin su səpmək – bax. ürəyinə buzlu su səpmək (“ürək”də). Nisə xalanın sinəsinə sərin su səpdilər. Mir Cəlal. Sinəsinə yatmaq (düşmək) – bax. ürəyinə yatmaq (“ürək”də). Dəmirin hərəkətləri, hazırcavablığı Sevdim kişinin sinəsinə yatırdı. Ə.Vəliyev. Sinəsini qabağa (irəli) vermək (sipər etmək) – bax. sinə gərmək. [Rüstəm Qızyetərə:] Nə deyəcəksən, həm manqabaşçısısan, həm də fəal, sinəni ver qabağa, katibi oturt yerində. M.İbrahimov. Cəngavərlər sinələrini sipər edib, ağ gün uğrunda ölümdirim döyüşlərinə atılırlar. S.Rəhimov.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
sinə
I. döş, köks, qoyun
{döş, göğüs, koyun}
II. əmcək, məmə
{göğüs, meme}
III. mıgmıga
{böcek türü}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
sinə
göğüs